Qanunszu ov eden sexsler Saxlanildi (FOTO)

 Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri  reyd zamanı  rayon ərzisində Mahmudçala ovçuluq təsərrüfatında qanunsuz ovçuluqla məşğul olan 3 nəfər saxlanılıb.Məlum olub ki, rayonun Xırmandallı kənd sakinləri İlham Mahmudov və Əli və Bakir Kazomovlar qardaşları  müxtəlif vaxrlarda gizli yollarla  sözügedən əraziyə gələrək orada  ov edirmişlər.Sonuncu dəfə isə ovçular elə iş başında yaxalanıblar.
Məlum olub ki, Ov qaydaların pozan şəxlərin üzərlərindəki  ov tüfənglərinin də müvafiq sənədləi yoxdur.Təbiətə  qənim kəsilmiş bu şəxslər barəsində hazırda polis şöbəsiondə müvafiq araşdırma tədbirləri  davam etdirilir.