Lənkəran ərazisində müşahidə olunan yağıntılı hava
şəraiti çaylarda sululuğun artmasına səbəb olub.Lənkəranda davam edən qeyri-sabit
hava şəraiti nəticəsində yağan yağıntılar qeyri bərabər paylanılıb. Yağmurlu
havalar əsasən Lənkəran, Astara bölgəsində daha çox
müşahidə olunub.
Son iki gündü aramsız yağan yağış Lənkəran rayonunun bir neçə kəndlərində subasmalara səbəb olub.Rayonun bir sıra
yaşayış məntəqələrində yaşayış evlərinin həyətlərini su basıb,ev quşları tələf
olub. Ən çox ziyan çəkən rayonun Girdəni,Sutəmurdov,Göyşaban kəndlərinin
sakinləri olub.Dünən gecədən güclənən yağış bu kəndlərdə həyətlərin və evlərin
1-ci mərtəbələrinin su altında qalması ilə nəticələnib. Sakinlərin şəxsi
təsərrüfatı da ziyan çəkib ev quşları suda
boğularaq tələf olub.Bəzi həyətlərdə suyun səviyyəsi yarım metrdən də çox olub bu
səbəbindən onlarla sakinin ətraf aləmlə əlaqəsində çətinliklər yaranıb.
