Əkizlərindən imtina
edən Masallı sakini Əliniyaz Nəzərov
nəhayət körpələrinə qovuşub. Uşaqlar ailəsinə Masallı rayon icra hakimyyətinin köməkliyi ilə təhvil verilib.
Bu əkizlər Əliniyaz kişinin 3-cü nikahından dünyaya gəlib. İki həyat yoldaşı müxtəlif səbəblərdən dünyasını dəyişəndən sonra Əliniyaz Nəzərov 2009-cu ildə Lənkəran rayonunun Gəgiran kənd sakini, özündən 54 yaş kiçik Şahnazla rəsmi nigaha girib. Bu izdivacdan 3 övladı dünyaya gəlib. Yenicə doğulan əkiz uşaqların ailə yükünü bir az da artırdığını görən valideynlər rayon rəsmilərinin təkidlərinə baxmayaraq uşaqlardan imtina etdib. Bundan sonra bu balalara dövlət sahib çıxıb. Onlar Bakıya körpələr evinə təhvil verilib. Bu xəbəri eşidən Masallı rayon icra hakimiyyəti ailənin bu addımı atmaqdan çəkindirib. Bundan sonra ailə öz övladlarına sahib cixarsa ailənin maddi təminatının yaxşlaşmasınan ötrü köməklik göstəriləcəyi bildirilir.
79 yaşlı Əliniyaz Nəzərov paytaxta Masallı İcra Hakimiyyətinin köməyi ilə yollanıb. Əkizlərin saxlandığı Nəsimi rayon 1 saylı körpələr evində əkizləri validenlərinə təhfil veriblər. Əməllərindən peşman olduqlarını bildirən valideynlər övladlarına qovuşduqları üçün sevinirlər.İndi nəinki əkizlər, ailə özü də dövlətinin nəzarətində olacaq.
Müllif : Rövşən Hümbətov
Əkizlərindən
imtina edən ata onların ardınca Bakıya kimi gəldi. Lakin eşitdiyi xəbərdən məyus
oldu. Körpələr evində ataya qanunvericiliyə görə artıq övladlarına
qovuşmaq üçün məhkəməyə müraciət etməyini bildiriblər. Kor-peşman evinə qayıdan
ata aradan iki gün keçdikdən sonra yenidən Bakıya gəlib. Bu dəfə isə doğma kəndinə övladları ilə
qayıdıb.