Skip to main content
Lənkəranda qanvermə aksiyası olub (Foto)
Aşura günü ilə
bağlı Lənkəran şəhərində qanvermə aksiyası keçirilib.Böyükbazar məscidində
təşkil olunan xeyriyyə aksiyasına
Günorta saatlarına qədər müxtəlif yaş qruruplarından 200 nəfərdən yuxarı
rayon sakini qatılıb. Qanvermə prosesini
Səhiyyə Nazirliyi Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan
Bankının Lənkəran bölməsi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının tibb
işçiləri həyata keçirib. Donorlardan toplanan qanın müxtəlif xəstəliklərdən –
qan azlığı, hemofiliya və talassemiyadan əziyyət çəkən, həmçinin cərrahiyyə
əməliyyatları zamanı qan almağa imkanı olmayan şəxslər üçün istifadə ediləcəyi
nəzərdə tutulub. Məlumat üçün deyək ki, Hazırda Lənkəran şəhərində 50 dən
yuxarı Qan xəstliklərindən əziyyət çəkən xəstə qeydiyyatdadır.
SOSTV