Ev yanaraq külə döndü

Şirvan Şəhərində yanğın hadisəsi baş verib.SOSTV xəbər veriri ki,  Hadisə  şəhərin  Demnallı Adlanan məhəlləsində qeydə alınıb. Vətəndaşa məxsusu Fərsi yaşayış evinin anidən alışması nəticəsində  Ev içindəki əşyalarla birlikdə tamamilə yanaraq külə dönüb.Məlumata görə Yanğın zamanı ev sahibi bazrda olub elə bu səbəbdən də yanğından qonşular  xəbər tutanda artıq gec olub. Hadisə yerinə çağrılmış Şirvan yanğından mühafizə hissəsinin 3 texnikasının səyi nəticəsində  alov söndürülüb. Yanğının elektrik naqillərindəki qısaqapanmadan qaynaqlandığı ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

MƏNBƏ SOS TV