DƏHŞƏTLİ QƏZA 4 AĞIR YARALI (FOTO)

 Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 55-ci kilometrliyində Salyan rayonunun ərazisində Kür çayı üzərindəki körpüdə qeydə alınıb. Belə ki, Lənkəran sakini, 33 yaşlı Fuad Səmədov idarə etdiyi "Mersedes" markalı minik avtomobili ilə Astara istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gələn Cəlilabad sakini Saleh Fərəcovun idarə etdiyi "Kamaz" markalı maşınla  toqquşaraq qarşıdakı digər yük maşınına çırpılıb. Nəticədə "Mersedes" markalı avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Hadisə zamanı Mersedes"in sürücüsü və avtomobildə olan Lənkəran şəhər sakini, Emin Məmmədov, Şəmkir sakini, 30 yaşlı Fərid Rzayev və Biləsuvar sakini 39 yaşlı Elşən Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar maşında sıxılıb qaldığından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəlib və xüsusi alətlər vasitəsi ilə kəsərək onları  çıxarıblar. Xəsarət alanlar dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Elşən Əliyev ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb, digərləri isə xəstəxanada yerləşdirilib.
Salyan rayonunda 1-i ağır olmaqla 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə yol qəzası baş verib.