TELEQONİK MÖCÜZƏLƏR

Birinci erkəyin təsiri
 
Hər şey 150 il əvvəl yeni cins atlar yetişdirmək istəyən atçılıq zavodunda baş vermişdi. Atların dözümlüyünü artırmaq məqsədilə zavod sahibi Lord Morton atları zebralarla cütləşdirmək fikrinə düşmüşdü. Amma nəticədə nə dişi atlar, nə də dişi zebralar nəsil vermədi. Təcrübələri saxladılar və hətta bir müddətə unutdular da. Bir neçə il sonra vaxtilə zebra ilə cütləşdirilmiş dişi atın zebra kimi zolaqlı dayçası doğuldu. Hamı heyrətləndi, çünki bu dəfə zebraları atlara yaxın buraxan olmamışdı. Təmiz cins atların nədənsə zolaqlı nəsli doğulmağa başladı. Hadisədən heyrətləşmiş elm aləmi buna teleqoniya adını verdi. Dövrün görkəmli alimləri Ç. Darvin, professor Flint, Feliks Ladentek və başqaları bu hadisəylə maraqlanaraq təcrübələr apardılar. Onların apardığı təcrübələr faktları təsldiqlədi. F. Ladentik «İndivid, təkamül, irsiyyət və neodarvinizm» adlı kitab yazdı. Bu kitabda «Teleqoniya və birinci erkəyin təsiri» adlı fəsildə öz təcrübələrini təsvir etdi. Müəllif düşünür ki, insanlar arasında da teleqoniya hadisəsi baş verir. Qenetika barədə hələ ki, heç nə bilməyən alim hesab edirdi ki, qadının cinsi orqanları kişinin cinsinə uyğunlaşır və onun keyfiyyətlərinin daşıyıcısına çevrilir. O dövrdə hesab edilirdi ki, surraqat ana da gəzdirdiyi gen tərkibinə görə tamam fərqli olan uşağa öz gen yaddaşından bir çələng xüsusiyyətlər bəxş edir. Bəlkə də teleqoniya hadisəsi illər uzunu yanaşı yaşamış görkəmcə çox fərqli olan adamların tədricən bir-birinə oxşaması hadisəsini də izah edir. Zaman keçdikcə ər və arvad bir-birinə lap bacı-qardaş kimi oxşamağa başlayır.
 
Alimlərin indi ortaya atdığı faktları isə it yetişdirənlər artıq çoxdin bilirdi. Əgər cins dişi itə birincə dəfə küçə iti yan alıbsa bu it ömrünün sonuna kimi qüsurlu küçüklər doğacaq. Bu itin küçüyünün gah quyruğu, gah rəngi, gah da xasiyyəti lazımi tələblərə cavab verməyəcək. Göyərçin saxlayanlar isə çöl göyərçininin cins göyərçini altına basdığını görəndə artıq onu öldürürlər. Çünki ikinci əldə bu dişi göyərçini lap elit cinslə cütləşdirsən belə onun verdiyi cücələrin ya pipiyi, ya quyruğu, ya da tükünün rəngi analarının ayağının sürüşdüyü məqamdan xəbər verəcək.
 
SOSTV