SÜRÜCÜ AVTOMOBİLİNDƏ BIÇAQLANDI (FOTO)

 Gecə saatlarında Lənkəran şəhərində ağır bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan 40 yaşlı Eyvaz Paşayevi  yaxınları ağır vəziyyətdə elə ona məxsus olan Hunday markalı maşınla Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırıb.Yarallı dərhal həkimlər tərəfindən  əməliyat edilsə də hazırda onun vəziyyətinin ağır olduğu deyilir. Lənkəran şəhər polis şöbəsinin istintaq bölməsində hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi, hələlik hadisə ilə  bağlı saxlanan şəxslərin olmadığı bildirildi.Məlumata görə hadisə soyüş üstündə törədilib.Faklta bağlı Lənkəran rayon Polis şöbəsində araşdırma aparılır.