ŞİMAL BÖLGƏSİ AĞ ÖRPƏYƏ BÜRÜNDÜ (FORO)


Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsinə güclü qar yağıb. Quba Ərazi Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, ən çox yağıntı Qubanın Xınalıq kəndinə düşüb. Burada qarın qalınlığı 40-45 sm təşkil edir. Quba və Qusarın rayon mərkəzlərində isə 1-2 sm qar müşahidə edilib. Temperatur isə mənfi 9 dərəcəyə enib.
Yağan qar nəticəsində rayon mərkəzlərində çətinlik yaranmayıb. Yalnız Quba-Xınalıq yolunun bir hissəsi bağlanıb.
Yol bağlandığından avtomobillərin hərəkətində müəyyən çətinliklər yaranıb. Bu isə sürücülərin işini çətinləşdirib. Onlar belə şəraitdə avtomobili idarə etməyin

Qeyd edək bu cür hava şəraiti nayabr ayının 5-dək davam edəcək.