Salyan
rayonunun Xıdırlı kəndi ərazisində dənizdə köməksiz qalan 4 nəfər balıqçı xilas
olub. SOSTV xəbər verir ki, Xıdırlı kənd icra nümayəndəliyindən verilən məlumata görə, ötən gün səhər
saatlarında 4 nəfər kənd sakini balıq tutmaq məqsədilə müxtəlif qayıqla dənizə
çıxıb. Lakin dənizdə güclü dalğaların olması nəticəsində balıqçılar köməksiz vəziyyətdə
qalıb. Fövqəladə HallarNazirliyinin Aviasiya dəstəsinin dalğıc-xilasediciləri tərəfindən
28 yaşlı Araz Fazil oğlu Həsənov, 29 yaşlı Ramil Xanalı oğlu Əliabasov xilas
edilərək aidiyyati üzrə təhvil verilib. Digər iki nəfər isə 33 yaşlı Bəhruz
Hüseyn oğlu Əmrahov və 33 yaşlı Pərviz Məmmədağa oğlu Məmmədov isə öz qayıqları
bu gün rayonun Bəndovan ərazisində dənizdən xilas ola bilib.