Skip to main content
HACIQABUL SAKİNİ ÖZÜNÜ GÜLLƏLƏDİ
Şirvan şəhərində intihar hadisəsi baş verib. Hadisə bu
gün axşam saatlarında şəhərin Gülbala Şıxbala oğlu küçəsində qeydə alınıb. Belə
ki, həmin küçədə yaşayan şəhər sakini, 26 yaşlı Əfqan Qarayev evdə olan ov tüfəngi
ilə atəş açaraq intihar edib. Daxili və xarici müayinə olunmaq üçün mərhumun
meyiti tibbi ekspertizaya göndərilib.
Ekspertiziyanın verdiyi rəyə görə, Əfqan Qarayevin ölümünə səbəb çənəaltı və
boğaz nahiyəsindən keçən güllə yarası olub. İntihar edən şəxsin doğmalarının
dediyinə görə, son vaxtlar mərhumun psixoloji durumunda problemlər yaranıb. Hətta
bir müddət əvvəl özünü intihar etmək istərkən bu cəhdin qarşısı alınıb. Faktla
bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.
SOSTV