DƏHŞƏTLİ QƏZADA İKİ AZYAŞLI YARALANDI. (FOTO)

Cəlilabad rayonunda iki azyaşlı piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.SOSTV xəbər verir ki, Hadisə axşam saatlarında Cəlilabad rayonu Günəşli kəndində baş verib.
Adıçəkilən kənd sakinləri  12 yaşlı Allahverənova Ruhəngiz Elxan qizi və  onun qardaşı  10 yaşlı Allahverənov İsmayıl Elxan oğlu  yol kənarındakı səki ilə gedərkən  həmkəndiləri İsmayılov Vidadi Yusif oğlunun  idarə etdiyi  "Mersedes" markalı avtomobil tərəfindən vurulublar. Azşyalıların xəsarət alıdığını görən sürücü dərhal onları avtomobilə qoyaraq Cəlilabad Mərkəzi rayon xəstəxanasına çatdırıb.
İlkin ehtimala görə  hasisəyə yolun nəmli olması və sürücünün avtomobili yüksək sürətlə idarə etməsi göstərilir.Faktla bağlı araşdırma aparılır.


Cəlilabad rayonunda  sürücünün idarəetməsindən çıxan avtomobil  yol kənarı ilə  gedən bacı və qardaşı vurub.Yaralı uşaqlar elə sürücü tərəfindən  də xəstəxanaya çatdırılıblar.Hazırda onlarıdan birinin vəziyyəti ağırdır.