23 dekabr tarixində vətəndaş cəmiyyəti adlandırılan Bələdiyyəyə növbəti dəfə seçkilər keçiriləcək.SOSTV -nin bölgə müxbiri xəbər verir ki, Bu seçkilərin demokratik şəraitdə keçirilməsi üçün seçki dairələrində maarifləndirmə işləri aparılır.Belə tədbirlərdən biri də 68 saylı Cəlilabad kənd seçki dairəsində keçirilib.Üç gun davam edən maarifləndirmə tədbirində 34 seçki məntəqəsinin üzvləri iştirak edib.
Tədbiri açıq elan edən 68 saylı Cəlilabad kənd seçki dairəsinin sədri Mehman Rzayev seçkilərin cəmiyyətdəki rolundan,azad seçkinin demokratiyanın əsas əlamətlərindən olduğunu xüsusi qeyd etdi.Eyni zamanda seçki günü məntəqə üzvlərinin hüqüq və vəzifələrini göstərməklə,müşahidəçilər və mətbuat işçilərinə şərait yaradılmasını xüsüsi vurğuladı.Slaydlar vasitəsi ilə nümayiş etdirən video çarxlarda seçki prosesi haqqında ətraflı məlumat verildi,məntəqə üzvlərinə hüqüqı sənədlər əyani nümayiş etdirildi.Mehman Rzayev seçkinin təhlükəsizliyinə xüsusi diqqət yetirərək qeyd etdi ki,hər hansı xoşagəlməz hadisə baş verərsə,dərhal hüqüq mühafizə orqanına müraciət edisin.
Slaydların nümayişi zamanı baş məsləhətçi Rəşad Qarayev səslərin hesablanması qaydalarını,bülletenlərin etibarlı olub olmamsını ,barmağa vurulan mayenin şəffafliğını,hər bir seçici üçün yalnız bir dəfə istifadə olunduğunu qeyd etdi.
Tədbirin sonunda seçki dairəsinin nümayəndələri məntəqə üzvlərini maraqlandıran sullara cavab verdilər.
Məntəqə üzvlərinin maarıfləndirilməsi başa çatdı,seçicilərə isə öz hüqüqlarından istifadə edərək seçkilərdə iştirak etmək qaldı.
İsmayılov Zəfər.