“Biləsuvar Vətənpərvərlik məktəbi nümunəsi məkanı kimi tanınmalıdır...”-Xanhüseyn KAZIMLI, Milli Məclisin deputatı
Respublikamızda qəbul edilmiş Dövlət proqramları çərçivəsində aparılan sürətli sosial-iqtisadi inkişaf regionlarımızdan yan keçmir, günbə-gün infrastrukturun yeniləşməsinə təkan verir. Bu gün müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə illərdir ki, Azərbaycanımız məhz bu uğurlu yolla irəliləyir.
Bu mühüm tədbirlər Biləsuvar rayonunda- şəhərlə yanaşı, kəndlərdə də uğurla həyata keçirilir. Bu günlərdə Biləsuvar rayonundan seçilmiş Milli Məclisin deputatı, iqtisad elmləri doktoru professor Hacı Xanhüseyn Kazımlı rayonun bir neçə kəndində əhali ilə görüşlərində səmimi söhbət əsnasında, sözügedən uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə qazanılan nailiyyətlərdən ətraflı məlumatlar vermişdir. Milli Məclis təmsilçimiz xalqımızın sosial rifahının yüksəldilməsi naminə parlamentdə yeni qərar və layihələrin hazırlanmasından söhbət açaraq, insanların qayğısız həyat şəraitinin təmin olunması Cənab Prezident İlham Əliyevin məhz hər bir məsul şəxsin qarşısına qoyduğu prioritet məsələ olduğunu vurğuladı.
Rayonun Əsgərabad kəndinə gələrkən ilk olaraq millət vəkili X.Kazımlı, Seyid Hacı Mirsultan Ağa ocağını ziyarət etmiş, Tanrı dərgahına dualar oxunmuşdur. Daha sonra Dəvrişli, Nəsimikənd, Nərimankənd kəndlərində əhali ilə söhbət zamanı millət vəkili X.KAZIMLI son illər Biləsuvarda yüksək vətənpərvərlik hissi ilə böyüyən gənclikdən məmnunluqla danışdı. Milli Qəhrəman MÜBARİZ Ağakərim oğlu İbrahimov kimi yenilməz qəhrəmanlar yurdunun PƏRVİN Əliyev, RAHİL Hüseynov, ANAR Qarazadə kimi vətən fədailərinin doğulduğu bu torpaq əlbəttə ki, VƏTƏNPƏRVƏRLİK MƏKTƏBİ kimi tanınmalıdır-deyə, deputat bu barədə artıq Milli Məclisdə də məsələ qaldırdığını diqqətə çatdırdı:
“Cənubun qapısı kimi tanınan Biləsuvar tarixən sadə zəhmət adamları, şöhrətli ziyalıları, dilimiz, mədəniyyətimiz, mənəviyyatımız, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban verən vətənpərvər qeyrətli övladları ilə öyünüb. Bu gün isə ölkəmizin hər bir diyarı Biləsuvarla öyüməli, fəxr, qürur duymalı və bu məkanı
ölkəmizin vətənpərvərlik məktəbi nümunəsi kimi tanımalıdırlar.”
Mənbə : Samir Qurbanov