Tədbir
iştirakçıları əvvəlcə məktəbəqədər uşaq tərbiyyə müəsisələri uşaqlarının
Dövlət Bayrağına həsr etdikləri əl işləri ilə tanış olublar.Balacaların
dövlət rəmzləri ilə bağlı hazırladığı rəsm əsərləri ,kompozisiyalar hər kəs
tərəfindən maraqla qarşılanıb.Bayram münasibəti ilə baxça kollektivləri və
uşaqları təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Xəyalə Qəmbərova
üç rəngli bayrağımızın tarixi nhaqqında məlumat verib.Bildirib ki, 1990-cı ildə
ümummilli lider Heydər Əliyevin
qətiyyəti ilə ay-ulduzlu bayrağımız 70 ildən sonra ilk dəfə yenidən Naxçıvanda
qaldırılıb və onu gələcək nəsillərə çatdırmaq hər birimizin müqəddəs
borcudur."En yaxsi mektebeqeder terbiye muessisesi"
musabiqesi layihəsindən danışan icra başçısının müavini qeyd edib
ki,layihə çərçivəsində növbəti tədbir bayraq günü ilə bağlıdır.Üç
mərhələdən ibarət müasbiqədə 10 uşaq baxçasından 85 uşaq iştirak edir və
onların təqdim etdikləri əsərlər xüsusi komissiya tərəfindən
qiymətləndirilir.Uşaqların hərtərəfli inkişafına yönələn dövlət siyasətini
diqqətə çatdıran natiq Heydər Əliyev Fondunun bu istiqamətdə rayonda həyat
keçirdiyi layihələri xüsusi vurğulayıb.Qeyd olunub ki,hazırda Fondun təşəbbüsü
ilə inşa olunan 100 yerlik uşaq baxçasında tamamlama işləri gedir və yaxın
vaxtlarda istifadəyə veriləcək. 200 və 100 yerlik baxça binalarının tikintisi isə davam
etdirilir.Bütün bunları müstəqilliyimizin real nəticələri kimi dəyərləndirən
müəllimlər dövlət başçısına minnətdarlıq ediblər.Sonra balacalar dövlət
atributları ilə bağlı şerlər söyləyiblər,tədbir rəqs müsabiqəsi ilə başa çatıb.Qeyd
edək ki,layihənin ilin axırında yekunlaşması və qalib uşaq tərbiyyə
müəsisəsinin mükafatlandırılması nəzərdə tutulub.
