Azərbaycanda Ev yandlı (Foto)

 Lənkəran rayonunun Osaküçə kəndində Allahyar Gözəlova məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli  2 otaqdan ibarət evdə güclü yanğın hadisəsi baş verib. Yanğın zamanı ev sahibləri evdə olmadıqlarından hadisədən qonşular xəbər tutub və dərhal Lənkəran Dövlət yanğından mühafizə hissəsinə məlumat verilib.  Hadisə yerinə  Lənkəran yanğındam mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Onların səyləri nəticəsində yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb.Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi84 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü  içindəki məişət əşyaları ilə birlikdə yanaraq kül olub.
Yanğının  hansı səbəbdən baş verməsi aparılan araşdırmalar nəticəsində məlum olacaq.


 SOSTV