Sabirabad rayonunda 1 nəfərin
ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağaır yol qəzası baş verib. Hadisə
ötən gün rayonun Güdəcühür kəndinin ərazisində
qeydə alınıb. Belə ki, həmin kəndin
sakini, 32 yaşlı Coşğun Baxışovun idarə
etdiyi "Vaz-2106" markalı avtomobillə 30 yaşlı Zamin Davud oğlu Səlimovun
idarə etdiyi "Mersedes" markalı maşın toqquşub. Nəticədə hər iki
avtomobil ciddi zədələnərək yararsız hala düşüb. Hadisə zamanı
"Jiquli"nin sürücüsü yerindəcə keçinib, "Mersedes"in
sürücüsü və onun yanındakı sərnişin, 8 yaşlı Canpolad Telman oğlu Səlimov isə
müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "Vaz-2106"nın sürücünün cəsədi
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xüsusi avadanlıqların
köməyi ilə avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yaralılar
isə dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.
Mənbə SOSTV