Lənkəran Lerik yolunun 2-ci
km-də,Salman Nüseynova məxsus
yanacaqdoldurma məntəqsəsində yanğın təhlükəsi yaşanıb.46 yaşlı Maqsud
xanməmmədovun idarə etdiyi kamaz markalı yanacaqdaşıyan sisterndən yanacaq
boşaldılan zaman maşın arxa hissəsindən qəfil alışmağa başlayıb.Dərhal hadisə
yerinə Lənkəran,Masallı,Astara rayonlarının DYMH-nin 6 yanğınsöndürən maşını və
şəxsi heyəti,FHN cənub regional idarəsinin əməkdaşları cəlb edilib.Təqribən
yarım saat müddətində yanğın lokallaşdırılıb və yaşana biləcək böyük faciənin
qarşısı alınıb.
Hadisəyə yanacaqdaşıyan avtomobilin
arxa təkərində və nasos hissəsində
yaranan nasazlığın səbəb olduğu deyilir. Faktla bağlı araşdırma aparlılır
Müəllif : Rövşən Hümbətov
Yanğın nəticəsində
yanacaqdoldurma məntəqəsinin operatoru 35 yaşlı Fariz Əliyev 2-ci dərəcəli
yanıq xəsarətləri alıb və Lənkəran RMX-na yerləşdirilib.
Müəllif : Rövşən Hümbətov