Vergilər nazirliyi qəbul keçirdi

Ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu  davam etdir. SOSTV xəbər veriri ki, Növbəti belə qəbulu vergilər naziri Fazil Məmmədov Salyanda keçirib. Nazir Salyan, Neftçala və Saatlı rayonlarından olan 40 nəfərdən çox vətəndaşın müraciətin dinləyib. Qəbula gələnlər əsasən vergilərin hesablanması və ödənilməsi, həmçinin nəzarət kassa aparatlarının tətbiqi və işə qəbulla bağlı məslələri nazirin diqqətinə çatdırdılar. Eləcə də, nazir Fazil Məmmədova vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və güzəştli kreditlərin verilməsi ilə əlaqədar onları narahat edən məsələlərlə bağlı da müraciətlər olub. Qeyd edək ki, qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll edilib. Qalanlarının  araşdırıldıqdan sonra lazımi tədbir görülməsi üçün icrata götürülüb.      



SOSTV