SALYANDA GƏNCLƏRİN YÜRÜŞÜ (FOTO)

Bu gün Salyan rayonunda Muğan-Babazanlı abidələrinin 2800 illiyi münasibətilə yeniyetmə və gənclər arasında yürüşə start verilib. Yürüşün keçirilməsində əsas məqsəd Salyanın ən qədim zamanlarda yaşayış məskəni olduğunu diqqətə çatdırmaqdır. 200 nəfərdən çox gəncin qatıldığı yürüş rayonun avtovağzal ərazisindən başlanılıb. Əllərində üçrəngli bayraqları dalğalandıran yürüş iştirakçıları polisin nəzarəti altında ulu öndərin adını daşıyan Heydər parkına doğru irəliləyib. Bir saata yaxın davam edən yürüş ulu öndər Hüydər Əliyevin abidəsinin ziyarəti ilə başa çatıb. Qeyd edək ki, Salyanın Babazanən dağında arxeoloji qazıntılar zamanı eramızdan əvvəl VIII-VII əsrlərə aid  20-dən çox küp qəbirlər və digər məişət əşyaları tapılmaqla mütəxəssislərin fikrincə, Muğan mədəniyyətinin mərkəzinin məhz Salyan bölgəsi olduğunu söyləməyə əsas verir. Muğan-Babazanlı küp qəbirlər nekropolunun 2800 illik yubileyi ilə bağlı ölkə başçısı İlham Əliyev 2013-cü il dekabrın 29-da sərəncam imzalayıb. Sərəncmauyğun olaraq bu il oktyabrın 24-də təntənəli yubiley bayramı keçiriləcək.