QAZ İLƏ QZ VRUB QAZN DOLDURAN MASALLI QAZ İSTİSMAR SAHƏS. SOS FAKTLARİ


Masalli rayonu Kosakül kənd sakini Gülhüseyin Cavdaov 4 ay əvvəl evinə gələn qaz xətlərinin kəsilməsindən şikayətlənir.Abunəçiinin sözlərinə görə ona  2011 ci ildən işlətmədiyi mavi yanacağa görə birdən-birə nə az , nə də çox düz 400 manat borc yazılıb. Hazirda imkansız  ailə məişətdə alternativ vastə kimi ocaqdan istifadə edir. Havalarin  son günlər  tədricən soyması onsuz da  qaz üzünə həsrət qalmış aiənin  çətinliyini daha da artırıb.
Şikayətçinin sözlərinə görə  onun  kimi Kosakül kəndinini xeyli sakinin də  işlətmədiyi mavi yanacağa görə qaz xətləri kəsilib. Müsahibim deyir ki, sən demə Qaz məsələsləsindən istifadə etməklə Masallı qaz istismar sahəsi   Qaz vurub qazan doldurmaq niyyətində olub.
Belə ki, şikayətçinin iddiasına görə ,  bir müddət əvvəl Qaz xətlərində texniki səbəblərdən baş vermiş itkilər indi   abonentlərini  ayağına vurulub. Sonda isə bu abonentlərin qazının kəsilməsinə və vətəndaşların haqlı narazılığına  gətirib çıxarıb. Deyilən iradlara Masallı qaz istismar  saəhəsindən açıqlama almaq istəsək də burada yalnız  vətəndaşın şikayəti ilə bağlı  məsələyə şifahi  açıqlama verildi.Qurumdan bildirildi ki, vətəndaş yalnız bütün borcları tam ödədikdən sonra ona qaz verilişi bərpa oluna bilər. Görünən odur ki, cavab  ala bilmədiyimiz qaz müəmmasına görə  hələ digər Kosakül kənd sakinləri də günlərini Qaz istisamar sahəsinin həyətində vaxt itirməkələ keçirəcəklər.Elə bu məqsədlə məslənin həll olunamsı üçün mövzuya yenidən qayıdacağıq.