Bu gün səhər saatlarında Cəlilabad rayonunun Uzuntəpə kəndində qəribə hadisə olub.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, həmin kəndin sakini Vahid Ağayev öz yaşadıgı evin həyətyanı sahəsini gəzmək istərkən təsadüfən həyətində yaralı quzğunla rastlaşıb. Quzğuun həyətə necə düşdüyündən xəbərsiz olan Vahid Ağayev onu tutmaq istəyib. Lakin quzğun caynağı ilə onun əlini yaralayıb.
Buna baxmayaraq Vahid Ağayev qonşularının köməyilə çətinliklə olsa da quşu tutub. Sakinlər kəndin üzərindən 7-8 belə quzğunun uçduğunu və bu qartalın digər quşlarla caynaqlaşaraq həyətə düşdüyünü deyirlər.
Sakinlərin dediyinə görə, qanadlarının hər birinin uzunluğu 1 metr 20 santimetr olan quşun kənd üzərindən ilk dəfə uçduğunun şahidi olurlar. Vəhşi quş yaralı olsa da adamları belə yaxına buraxmaq istəmir.
Odur ki, hamı bu yaralı quşun azyaşlı uşaqların üzərinə hücum etməsindən narahatldırlar.