MERSEDES PİYADANI VURDU

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. SOSTV XƏBƏR VERİR Kİ, Qəza hadisəsi ötən gün  Hacıqabul-Bəhrəmtəpə magistral yolunun 35-ci kilometrliyində Sabirabadın Qalağayın kəndi ərazisində qeydə alınıb. Belə ki,  "Mersedes"in sürücüsü idarə etdiyi  avtomobillə hərəkətdə olarkən magistral yolu keçmək istəyən  piyadanı vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan piyada-rayonun Qalağayın kənd sakini, 77 yaşlı Atamoğlan Əmişov  hadisə yerindəcə keçinib.
 Faktla bağlı BDövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.