Masallı rayonunun 5- kəndındə
mal qara arasında kütləvi tələfata səbəb olan xəstəlik yayılıb. Ən son məlumatlara
görə Mövcud xəstəlikdən təkcə rayonun Təzəkənd kəndində 100-ə yaxın mal-qaranın
tələf olub.Xəstəliyə tutulan heyvanlar ilkin olaraq
qidadan kəsilir, halsızlaşır, ağzından su axır, arxa ayaqları tutulur, bədəninin
müxtəlif hissələrində şişlər əmələ gəlir və bədən hərarəti yüksəlir. Sakinlərin sözlərinə görə, xəstə heyvanlardan
artıq bir neçəsidə ölüb.
Masallı rayon Baytarlıq İdarəsinin
baytar hekimi Dədəmir Təhməzovun sözlərinə
görə rayonun Sığıncağ Balatəklə Sərçüvar Çaxırlı kəndlərində
“Nodulyar dermatit” virus xəstəliyi mal-qara arasında yayılıb.Xəstəlik
baş verən vaxtdan rayon baytarlıq idarəsi gücləndirilmiş iş rejiminə keçib.
Mal-qara saxlanılan bütün ərazilərdə dezinfeksiya işləri aparılıb.Yaranmış vəziyyət rayon rəsmilərini də ciddi
narahat edir.
Sinxron: Dədəmir Təhməzov Masallı rayon
Baytarlıq İdarəsinin Baytar
hekimi.
Rayon baytarlıq idarəsinin rəsmisi mal qara arasında kütləvi ölümə təkcə
nodulyar dermativin yox,qızdırma və digər yanaşı xəstəliklərin də səbəb
olduğunu,bu istiqamətdə müalicə tədbirlərinin aparıldığını bildirdi.