LƏNKARANDA MİNA HƏYACANI


Lənkəranda mina həyəcanı yaşanıb.FHN-nin Cənub Regional İdarəsinin əməkdaşları tərəfindən aşkarlanan 3 ədəd tanq əleyhinə mina partladılaraq zərərsizləşdirilib.
Minalar Lənkəran şəhərinin dəniz sahilində Dövlət Sərhəd Xidmətinin əməkdaşı Yusif Həsənov tərəfindən aşkarlanıb.Tapılan 3 ədəd tanq əleyhinə mina barədə FHN-nin Cənub Regional İdarəsinə məlumat verilib.Əraziyə dərhal hüquq - mühafizə orqanları,  Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və Sərhəd Qoşunlarının hərbi qulluqçuları cəlb olunublar. əməliyyat şəraiti qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb. Hüquq - mühafizə orqanlarından verilən məlumata görə  tapılan minaların hər üçü işlək vəziyyətdə olub. Aşkarlanmış minalar xüsusu təhlükəsizlik qaydalarına riayyət olunmaqla, partladılaraq zərərsizləşdirilib.