Cəlilabad rayon icra hakimiyyəti Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə
ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan«Hər şey qələbə
üçün» adlı kitab-albomun təqdimatını keçiri.
Rayonun idarə ,müəssisə,təşkilat rəhbərləri ,ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində əvəzsiz xidmətləri haqqında məlumat verib. Ötən əsrin 70-ci illərində ulu öndərin yaratdığı Cəmşid Naxçıvanski adına hərbi liseyi Azərbaycanda peşəkar zabit korpusunun formalaşmasında mühüm rol oynadı deyən icra başçısı bu gün həmin strateji xəttin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsnin rəisi Valeh Nəcəfov həmin liseyin məzunu olan zabitlərin bu gün Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olunduğunu və sözügedən qürumun təşəbbüsü ilə hazırlanan "Hər şey qələbə üçün " kitabının Heydər Əliyevin xatirəsinə həsr ediliyini bildirib.Kitab-albomla bağlı fikirlərini bölüşən digər natiqlər burada Səfərbərlik və Hərbi Xiamətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti, keçirdiyi tədbirlərin də yer aldığını vurğulayıblar. Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığı və cəbhə böıgəsində son hadisələr zamanı ordumuzun düşmənə layiqli cavabı xüsusi qeyd edilib.Tədbirdə belə bir əminlik ifadə olunub ki,Ali Baş Komandanın rəhbərliyi altında ordumuz tezliklə böyük qələbəyə imza atacaq.Sonda tədbir iştirakçılarına "Hər şey qələbə üçün "kitabı paylanıb .

Müəllif: Elşən Feyzullayev