Gənclərimiz niyə kənddən gedirlər?

     Azərbaycan Respublikasının prezidenti İlham Əliyev kəndlərin iqtisadi-sosial inkişafı haqqında tədbirlər planını təsdiq etmişdir.Bu tədbirlər planına əsasən kəndlərdə infrastrukturlar yenidən qurulmalı,əhalinin sosial vəziyyəti yaxşılaşmalı,əhalinin kəndlərdən köçməsinin qarşısını almalı idi.Ancaq bunların heç biri reallaşmadı,nəticədə kəndlərimizin əhalisinin sayı ildən-ilə azalır.Belə getsə kənddə yalnız müəllimlər qalacaq. Gənclər kəndlərdən şəhərə və ya rayona kütləvi axın edirlər.Bunun nəticəsində kəndlərdə əhalinin artımı aşağı düşüb və əhalinin sayı kəskin azalıb.Kəndlərimizdə əhalinin sayının kəskin azalmasına səbəb kənddə əhalinin məşğulluğunun olmaması və ya məhdud olması,eyni zamanda gənclərin asudə vaxtlarının səmərəli təşkil olunmamasıdır. Əhalinin kəndlərdən köçməsinin nəticəsi olaraq bir sira kəndlərdə məktəblərin statusu dəyisib,yəni tam orta məktəb ümumi məktəbə,ümumi məktəb isə ibtidai məktəb tipinə keçib.Bu da öz növbəsində həmin məktəbdə işləyən müəllimlərin ixtisarına,işsiz qalmasına gətirib çıxarır.Əhalinin rayon mərkəzində cəmləşməsi də öz növbəsində əhalinin rayonda sixlığını artırır,əlavə problemlərə yol açır,yəni əhalinin rayon və kəndlər üzrə yerləşməsində tərs müntənasiblik əmələ gətirir.Kəndlərdə əhalinin surətli yaşlaşmasına səbəb olan bu axın sonda kəndlərin boş qalmasına səbəb olacaq.                       Gənclərin rayona və şəhərə axınının qarşısını almaq üçün dövlət bir sıra tədbirlər həyata keçirir.Bele ki kəndlərə yeni asfalt yol çəkilir,fermirlərə güzəştli kreditlər verilir.Heydər Əliyev fondu tərəfindən ucqar    kəndlərdə  müasir tipli məktəblər tikilib əhalinin istifadəsinə verilmişdir Lakin görülən bu tədbirlər də əhlinin rayona köçməsinin qarşısını ala bilmədi.Əhalini kəndə qalıması üçün dövlət kağız üzərində deyil,real tədbirlər planı hazırlayıb həyata keçirməlidir.əks halda sosial bir partlayışın olacaq.

Müəllif:  Zəfər İsmayılov