Dəhşətli yol qəzası Bakı-Qazax magistral
yolunun 144-cü kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində qeydə alınıb. Belə ki, Sabirabad rayonunun Kovlar kənd sakini, Əliabbas Hasil oğlu Rəsulovun idarə etdiyi “Vaz-2106” markalı avtomobil dönmə
əməliyyatı yerinə yetirərkən Ağstafa sakini, Tural Əmrahovun idarə etdiyi “Mersedess”
markalı iri tutumlu sərnişin avtobusu ilə toqquşub. Nəticədə "Jiquli"
markalı minik maşını 2 hissəyə parçalanıb. Qəza zamanı "Vaz-2106"nın
sürücüsü hadisə yerindəcə keçinib. Maşında olan sürücünün doğmaları 53 yaşlı
Sara Rəsulova, 6 aylıq körpə Fehruz Rəsulov, 4 yaşlı Əli Həmzəyev, 31 yaşlı
Xeyranisə Həmzəyeva müxtəlif dərəcəli ağır bədən xəsarələri alıb. Yaralılar
dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanada yaralılara
həkimlər tərəfindən ilk tibbi yardım göstərilməsinə baxmayaraq 6 aylıq körpənin
həyatını xilas etmək mümkün olmayıb. O, reanimasiya şöbəsində dünyasını
dəyişib. Hadisənin baş verməsinin ilkin səbəbi kimi minik avtomobilin dönmə
əməliyyatını düzgün yerinə yetirməməsi və sərnişin avtobusunun böyük sürətlə
hərəkətdə olması göstərilir.
Z Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin
istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.