BU ATA OZ QIZININ BASIN KEDI

 Dəhşətli qətl hadisəsi bu gün günorta saatlarında Biləsuvar rayonunun Zəhmətabad kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 63 yaşlı Tofəddin Mirzəmməd oğlu Hacıyev 28 yaşlı qızı Aida Hacıyevanın boğazını bıçaqla kəsərək qətlə yetirib. İlkin məlumata görə, Tofəddin Hacıyev qızı  Aida Hacıyeva xeyli vaxt olar ki ərindən boşanıbmış. Ərindən boşanmış qızının həmkəndlilərindən biri ilə münasibətini bilən ata ehtimala görə, bu həqarətə dözə bilməyib. O, doğma qızını qətlə yetirmək üçün evin araxasına apararaq məlum hadisəni törədib. Qızını qətlə yetirən Tofəddin Hacıyev isə polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd edək ki, Tofəddin Hacıyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Adam öldürmək üstündə 10 il azqdlıqdan mərhum edilib. Hadisənin əsl səbəbi isə aparılan araşdırmalardan sonra məlum olacaq. Hazırda faktla bağlı Biləsuvar rayon prokurorluğunda cinayət işi açılıb.