Bura hər hansısa geridə qalmış şərq, yaxud,Afrika ölkəsinin
okean sahilləri deyil.Bura doğma Azərbaycanımızın doğma və gözəl diyarı olan Lənkəranın
dəniz sahilidir.Bu şəkildən insanlara və insanlığa
bir mesaj var."Bu gözəllikləri Allah bizə bəxş etmişsə,digər xalqlardan,millətlərdən
və dövlətlərdən fərqli yaradılmışıqsa, onda Allahın bizə verdiyi bu gözəllikləri
o bizdən alana qədər göz bəbəyi kimi qorumalıyıq."Ətraf mühitin mühafizəsi,müdafiəsi
və bərpası bir peşə olmaqdan qabaq bir vətəndaş məsuliyyəti və vicdanı məsələsidir.
Bu o demək deyil ki,atılacaq yer insanların yaşama normasını,həyat tərzini və
rahat yaşama komfortunu pis yöndə təsirləndirsin.Tullantıların zərərsizləşdirildiyi
və neytrallaşdırıldığı xüsusi poliqonlar mövcuddur amma Lənkəranda biz bu
poliqonlara düz -əməlli rast gələ bilmədik.Çəkilən şəkildəki
ərazidə tullantının dəqiq miqdarı təyin olunmasa da vizual müşahidədən əmin olmaq
olar ki,bölgədəki tullantı limit həddini aşmaqdadır.Göründüyü kimi tullantıların
əksəriyyəti "Məişət tullantıları" qisminə aiddir və əksəriyyəti kauçuk,kapron
və plastik kütlələrdir ki, bu tullantılar həm çox gec reaksiyaya uğrayıb çürüntü
halına keçir (və bəzən buna min illiklər lazımdır), həm də radiasiyaya meyilli
olduqları üçün daim ərazidə həddən artıq radiasiya udulmasına və şüalanmasına şərait yaradırlar.Bildiyimiz
kimi,ərazidən yararlanan digər canlılar ərazidə formalaşan
mikroorqanizm,virus və bakteriaları özləri ilə digər ərazilərə daşıyırlar.Bu da
öz növbəsində xəstəliklərin sürətli yayılmasına şərait yaradır.Bürokratik
orqanlarının,İcra hakimiyyəti o cümlədən Lənkəran şəhər ekologiya İdarəsinin bu
ərazi haqqında xəbərlərinin olub -olmamasını bilmək elə də çətin
deyil.Sözügedən ərazi şəhərin istirahət parklarının
birinin dənizlə təmas xəttində yerləşir.Bura bürokratik kübar insanların da
arada-bir istirahət üçün gəldikləri və eyni mənzərə ilə tanış olmaları şübhəsizdir."Bəs
hara baxırlar?"deyəcəksinizsə,bunu mən də bilmirəm.Hər bir gənc öz
sevgilisi ilə gəzəcək gözəl bir yerlərin olmasını daim xəyal edər.Bir gün
sevgilinizi qolunuza taxıb çıxarsınız seyrangaha ki,gözəl nəfəs alasınız baxarsınız
ki,gözəl sandığınız məkan əslində zibilliyin tam mərkəzidir. Üfunət iyi və çox eybəcər ekoloji sfera bütün xəyallarınıza
xətt çəkər və məsuliyyətli vətandaş
olduğunuzu hiss etdirib, fotoqraflıq etməyinizi və bu haqda bir məqalə yazmağınızı tələb edər.
Mənbə: İsmət Müzəffərbəyli