Cənub bölgəsinin ən böyük sitrusçuluq rayonu
olan Astarada artıq 2-ci həftədir ki,feyxoa yığımı gedir.məhsulun ilk alış
qiymətləri astaralı fermerlərin üzünü güldürsə də,hazırkı durum onları narazı
salır.Narazılıqsa yenə də alıcı qıtlığındandır. Havaların olduqca quraq
keçməsinə baxmayaraq bu il də Astaranın feyxoa bağlarında məhsul boldur. Artıq
yığım zamanı rayonun feyxoa bağlarından 1200 tondan çox məhsul tədarük olunub.
Fermerin sözlərinə görə, feyxoa
ağaclarına düzgün aqrotexniki qulluq göstərilərsə, bir ağacdan 150 kq-a
yaxın meyvə götürmək mümkündür.əldə olunan məhsulun əksər hissəsi isə xarici
bazarlara ixrac olunur.lakin məhsulun müəyyən müddətə saxlanmısı üçün rayonda
xüsusi saxlama kameraları çatşmır.

Məhsul
satışında yaranmış gərginliyi,qiymətlərin birdən birə aşağı düşməsiniAstara
rayon icra hakimiyyətində kütləvi məhsul
yığımı ilə əlaqələndirdilər.aqrar şöbədən bildirildi ki,hər il yığım mövsümünün
əvvəlində və sonunda qiymətlər yüksək olsa da kütləvi yığm zamanı məhsul çox
olduğuna görə qiymətlər aşağı düşür.yəni qiymətlər tələb və təklif arasında
dəyişir.Qeyd edək ki,Astarada 1800h sitrus sahəsinin 750 hektarını feyxoa
sahələri təşkil edir.