Astarada
narkotik vasitələrinin qanunsuz dövriyyəsi və odlu silah saxlmaqla məşğul olan
6 nəfərdən ibarət qrup zərərsizləşdirilib.Onlardan xeyli miqdarda narkotik
vasitələri aşkar edilərək götürülüb.
Daxili
İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Astara Rayon Polis
Şöbəsinin və DİN-nin xüsusi təyinatlı polis əməkdaşlarının Astara rayonunda
keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri
zamanı qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlaması və gəzdirməsi,
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 6 nəfər Astara rayon
sakini saxlanılıb. Saxlanılan şəxslərdən 700 qram narkotik vasitə olan heroin,
100 qram narkotik vasitə olan Anfetamin, 1 kiloqram 380 qram tiryək və 460 qram
həşiş qətranı, həmçinin bir ədəd naqan tipli odlu, bir ədəd pnevmatik silah və bir ədəd maska aşkar edilərək
götürülüb. Belə ki, Astara şəhər sakini, 44 yaşlı Gülxan Zabitağa oğlu Əliyevdən
bir ədəd naqan tipli odlu və bir ədəd pnevmatik silah, 700 qram narkotik vasitə
olan heroin, 1 kiloqram tiryək və 100 qram narkotik vasitə olan anfetamin, eyni
zamanda Astara rayonunun Ərçivan və Şahağacı kənd sakinləri Ələddin Aydın oğlu
Məmmədovdan, İqrar Nəriman oğlu Mirzəyevdən, Akif Boyli oğlu Nuriyevdən, Rəvan
Allahverdi oğlu Rüstəmovdan, Abuzər Xandadaş oğlu Əhədovdan müxtəlif növdə və
müxtəlif miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb.Hazırda polis
narkotik vasitələrin və odlu silahların hansı mənbədən alınması istiqamətində tədbirlərini
davam etdirir.