Lənkəranda beynəlxalq
turizm günü ilə bağlı sərgi təşkil olunub.Lənkəranın turizm imkanlarını,gəzməli
yerlərini və tarixi məkanlarını tanıtmaq məqsədilə təşkil edilən sərgi
tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Lənkəran tarixinin bir
parçası ,18-ci əsrin möhtəşəm abidəsi –dairəvi Zindan Qalada ilk dəfə təşkil
edilən sərgi beynəlxalq turizm gününə həsr edilib.sərgidə ölkə rəssamlarının və
fotoqraflarının Lənkəranla bağlı rəngkarlıq işləri və foto-şəkillər nümayiş edilib.rayonun mənzərəli və tarixi
yerlərini əks etdirən əsərlərə tamaşaçı marağı böyük olub.sərginin məhz bu tarixi
məkanda təşkil edilməsi isə səbəbsiz deyil.

Zindan qalada keçirilən bu
günkü sərgidə tamaşaçılar 100-ə yaxın rəsm və foto ilə tanış olmaq imkanı əldə
edib. NÖvbəti sərgidə yerli rəssamların rəngkarlıq işlərinin və foto-şəkillərin nümayişi nəzərdə
tutulub.