Skip to main content
YOLU BAĞLAYAN YÜK AVTOMOBİLİNƏ SAHİB ÇIXAN TAPILMIR
Artıq 1 həftədir Quba şəhərinin Məmməd Əmin Rəsulzadə və İstiqlal küçələri avtomobillərin üzünə bağlıdır. Buna səbəb hər hansı təmir-tikinti işlərinin aparılması deyil. Sadəcə olaraq həmin ərazidə "Man" markalı iri tonajli yük avtomobili xarab olaraq yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, vəziyyətin yarandığı 1 həftə ərzində avtomobilin sahibi və aidiyyatı qurumlar yalnız gəlib maşına baxmaqla kifayətləniblər. Nəqliyyat vasitəsinin ərazidən götürülməsi isə müşkül məsələyə dönüb. Bu hal isə yerli sakinlərlə yanaşı buradan hərəkət edən sürücülərin də narazılığına səbəb olur. Məsələ ilə bağlı Quba rayon DYP bölməsinin inspektoru Azad Əsədov şifahi olaraq bildirdi ki, avtomobil Bakı şəhər İcra hakimiyyətinə məxsusdur. Sentyabrın 19-u səhər saatlarında qeyd olunan ərazidən keçərkən xarab olub. Bununla bağlı lazımı qurumlara məlumat verildiyini deyən DYP rəsmisi avtomobilin ərazidən nə zaman götürüləcəyini dəqiq bilinmədiyini vurğuladı.
Müəllif : Rauf Bayram