XAÇMAZDA Qəza zamanı 3 nəfər xəsarət aldı (Eksklüziv)

 Qəza zamanı 3 nəfər xəsarət aldı-XAÇMAZDA
Xaçmaz rayonunda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Gəndob-Yalama yolunun 18-ci kilometrliyində qeydə alınıb. 35 yaşlı Vüqar İslamovun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Şabran sakini Vüqar Məmmədovun idarə etdiyi “VAZ 21015” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində hər iki maşının sürücüsü və “VAZ 2107”-də olan sərnişin Xaçmaz sakini, 28 yaşlı Qalib Əsədov müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Xəsarət alanlardan Vüqar Məmmədov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb. Digər iki yaralının vəziyyətləri orta-ağır olduğu üçün müalicələri Xaçmaz MRX-da davam etdirilir.Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.Təyin edilmiş avtotexniki və tibbi ekspertizalrin rəyindən sonra qəzaya düzgün hüquqi qiymət veriləcək.

Müəllif :   Rauf Bayram