TOYDA DÖYÜLƏN GƏNC DANIŞIQ QABİLİYYƏTİNİ İTİRDİ (VİDEO)

    Cəlilabadda toy məclisində vəhşicəsinə döyülən 22 yaşlı  gənc danışıq qabiliyyətini itirib.
Hadisə Rayonun Hamaraqışlaq kəndində  baş verib.Yaxın qohumlarının toy məclisində iştirak edən kənd sakini Hüseyinov Ceyhun Habil oğlu  həmkənlisi Qamət adlı şəxs tərəfindən vəhşicəsinə döyülüb.Zərəçəkənin yaxınlarının sözlərinə görə gənclər arasındakı dava söyüş üstündə olub. Belə ki, aralarındakı mübahisəni  həll etmək məzqsədi ilə Qamət Ceyhunu toydan çağıraraq  kənar yerə aparıb.
Elə bu zaman o üzərindəki Ağac parçası ilə Ceyhunun baş nahiyyəsinə bir neçə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.Yaxınları tərəfindən huşsuz halda tapılan Ceyhun xəstəxanaya çatdırılıb.Həkimlər onun baş nahiyyəsindəki yaralara tikiş atıblar. Xəstə zərbənin təsirindən bir gün huşsuz halda olub.Hazırda qimən səhhəti nomallaşsa da Ceyhun sərəst danışa bilmir.Faktla bağlı Cəlilabad rayon polis şöbəsində  araşdırma aprılır.