TAPILAN TARİXİ NÜMÜNƏLƏR NİYƏ GİZLİ SAXLANIR SOS FOROLAR

 Cəlilabad rayonunda  tapılan qədim dövrə aid maddi mədəniyyət nümünələri mətbuatdan gizli saxlanıldı.Bu barədə SOSTV -yə yerli sakinlər məlumat verib. Bir neçə həftə bundan əvvəl rayonun  Abışabad kəndində vətəndaşa məxsus həyatyani sahədə  təsadüf nəticəsində saxsı parçaları çıxmağa başlayıb.Bu barədə  kəndlilər və  tarix müəllimləri Pytaxtdakı əlaqədar qurumlara məlumat veriblər.Arxeloqlar tərəfindən başlanan qazıntı işləri zamanı ərazidə 
 E.Ə 3 cü əsrə aid olduğu ehtimal olunan 2 küp qəbir aşkar olunub.Qəbirlərdə insan sümükləri ilə yanaşı tuncdan hazırlanmış 1 ədəd maral başı , 1 ədəd xəncər və ən nəhayət qiymətli daşlardan hazırlanmış qırmızı rəngli qadın boyunbağısı aşkar olunub.Maraqlıdır ki, yerli sakinlər Arxeoloji ekspedisiyanın rəhbərinə  tapıntılarla bağlı KİV-lərə məlumat verilməsini  tələb etsələr də tədqiqatçılar buna ehtiyac olmadığını bildiriblər. Bu isə kənd sakinlərində  maddi mədəniyyət nümünələrin təqiqatdan kənar qalacağına  şübhələr yaradır.Görəsən, tapıntıları ictimaətdən gizlədən arxeloqların məqsədi nədir?