Lənkəranda xidməti vəzifəsini yerinə yetirən su
polisinin əməkdaşını elektrik cərəyanı vurdu
Ötən gecə Lənkəran
rayonunda bədbəxt hadisə baş verib. Daxili
İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis Idarəsinin Su Nəqliyyatında Polis İdarəsinin
Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşı, polis serjantı, rayonun Şirinsu kənd
sakini, 1986-cı il təvəllüdlü Malik Əlizakir oğlu Cahangirov xidməti vəzifəsini
yerinə yetirdiyi zaman elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Hadisə
keçirilən reyd zamanı baş verib. Belə ki, su polisinin 5 nəfərlik qrupu rayonun
Veravul çayı ərazisində qanunsuz balıq ovu ilə məşğul olan dəstəni yaxalamaq
istəyib. Bu zaman Malik Cahangirov ov ilə məşğul olanların suya buraxdıqları
elektrik enerjisinin qurbanı olub.
Mərhumun meyiti müayinə olunmaqdan ötrü Səhiyyə Nazirliyinin Patoloji Anatomiya və Məhkəmə-Tibbi Ekspertiza Mərkəzinin Lənkəran rayon şöbəsinə aparılıb. Polis əməkdaşının ölümünün dəqiq səbəbləri ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.

Faktla bağlı Lənkəran
Rayon Prokurorluğunda araşdırma aparılır.
MÜƏLLİF : İLQAR MUSTAFAYEV