Cəlilabad rayonunda soğan yığımı davam edir. Kütləvi surətdə əsasən düzən ərazilərdə becərilən soğan digər kənd təsərrüfatı bitkiləri kimi bu il quraqlığın təsirinə məruz qalıb.Hər il orta hesabla bir hektarlıq əkin sahəsindən 40 ton məhsul götürən fermerlər bu il cəmi 5-6 ton civarında məhsul götürüblər.Bu isə məhsulun maya dəyərinin çox , gəliri səviyyəsini isə demək olar ki , minuma endirir.
Yığılan soğan son dərəcə xırda olduğundan fermerlər
məhsullarını bazarlarda Qonşu
ölkələrdən gətirilmiş iri və keyfiyyətli
məhsulla rəqabətə tab gətirə
bilməyəciyindən ehtiyat edərək elə sahələrdəcə satmağa üstünlük verirlər.Lakin
qiymətlər aşağa olsa da alıcılar məhsuldan heç də razı görünmürlər.
Hazırda sahələrdə soğanın 1 kq-ı
satıcılara 10 qəpiyə təklif olunur. Alınan məhsul isə məişətdə istifadə üçün yox, daha çox növbəti mövsümdə tumluq kimi istiadə edilməsi
məqsədi ilə tədarük olunur. Məlumat üçün bildirək ki, Bu il Cəlilabad rayonda
75 hektar soğan əkilmişdisə növbəti il bu əkinə marağın hiss olunacaq dərəcədə
azalacağı gözlənir.