Qezali korpu temire
dayandirildi.
Lənkəran-Masallı
rayonlarının sərhədində yerləşən Qumbaşı körpüsü qəzalı vəziyyətə düşüb.bu
səbəbdən körpüdə nəqliyyatın hərəkəti tam
dayandırılıb və sürücülərə alternativ yol kimi Lənkəran- Boradigah
Masallı yolundan istifadə etmək tövsiyyə
olunub. Ələt-Astara magistralının 179-cu km-də yerləşən və
tranzit yükdaşımada əvəzsiz rola malik körpünün uzunluğu 75,eni 7 metrdir.
Körpünün təmirə dayanması ən
çox sürücüləri narahat edir.Onlar alternativ yolun uzaqlığından
şikayətlənirlər.
Xatırladaq ki,Qumbaşı çayı
üzərində körpü 1933-cü ildə inşa edilib və sonuncu dəfə 1955-ci ildə əsaslı
təmir olunub.