Skip to main content
QƏZA NƏTİCƏSİNDƏ XAÇMAZDA 6 NƏFƏR YARALNADI (EKSKLÜZİV)
Xaçmaz rayonuda 6 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Pirquluoba kəndi ərazisində qeydə alınıb. Tarverdiyev Samir Mustafa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Cəbrayılov Vahid Vaqif oğlunun idarə etdiyi eyni markalı avtomaşın toqquşub. Qəza nəticəsində hər iki sürücü və avtomobillərdə olan sərnişinlər-22 yaşlı Rəşad Tarverdiyev, 27 yaşlı Kamran Qədirov, Elvin Cəfərov və Əlsafa İmamquliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər onların vəziyyətlərinin orta-ağır olduğunu bildirir. Hadisənin baş vermə səbəbləri Xaçmaz rayon Polis Şöbəsi tərəfindən araşdırılır.
Müəllif : Rauf Bayram