QUBADA MÖVSÜMÜN İLK ALMAYIĞIMINA START VERİLİB

 Artıq bir neçə gündür Quba alma yığımına başlanılıb. Ötən il Qubada rayon üzrə mövcud 14300 hektar meyvə bağından ümumilikdə 120 min tondan artıq məhsul yığılıb. Quba Ərazi Kənd Təsərrüfatı idarəsindən verilən məlumata görə, 2013-cü illə müqayisədə cari ildə məhsuldarlığın təxminən 20% çox olacağı gözlənilir. Məhsulun bolluğu fermerləri sevindirsə də susuzluq səbəbibdən almanın keyfiyətinin aşağı olması bağbanların əhvalını korlayıb.Fermerlər deyir ki, mövsüm ərzində bağlar cəmi iki dəfə sulandığından məhsul kefiyyətsiz olub.


Fermerlərin sözlərinə görə, ötən illə müqayisədə almanın qiymətində artım müşahidə edilir. Amma bu onları sevindirmir çünki məhsulun keyfiyyəti aşağıdır. Alıcı isə keyfiyyətli alma istəyir.

  Mütəxəssislər isə hesab edir ki, susuzluq probleminin həlli üçün rayonlarda ehtiyyat su anbarları eləcə də süni göllər yaradılmalıdır. Belə olduğu təqdirdə quraqlıq zamanı ehtiyyat su mənbələrindən istifadə etməklə problemi aradan qaldırma olar.

Müəllif : Rauf Bayram