PİRSAATÇAY SU ANBARI QURUDU. TƏCİLİ SOS VİDEO!!!



Hacıqabul rayonunun Pirsaat-Nəvahi massivi ərazisində yerləşən Pirsaatçay su anbarı daha çox yağış suları ilə qidalanır. Rayonun 5 yaşayış məntəqəsini əhatə edən su anbarının vasitəsi ilə hər il əkinə yararlı 7 min hektar sahə suvarılır. Lakin bu il havaların quraq və kəskin isti keçməsi Pirsaatçay su anbarına da ciddi
Pirsaatçay su anbarının 3 aydan çoxdur ki, quruması əkin sahələrinin suvarılmasında bir sıra çətinliklər yaradıb.
Hazırda  Pirsatçay su anbarının qurumasına baxmayaraq gələcəkdə anbarın  su tutumu artırmaq məqsədi ilə onun ərazisi genişləndirilir.
Su tutmu 7 milyon kubmetr olan anbarın genişləndirmə işlərindən sonra ümumu tutumu 9 milyon kebmetrə çatacaq. Lakin mütəxəssislərin fikrincə, anbarın su tutumu artırılsa da bu o qədər də dayanaqlı deyil. İstənlən vaxt su anbarı qurumaqla yenə problem yarana bilər. Odur ki, Kür çayı vasıtəsi ilə həmin əraziyə su çəkilərsə problem birdəfəlik öz həllini tapa bilər. Budan sonra həmin ərazidə nəink 7 min, hətta 15 mn hektara yaxın əkin sahəsini suvarmaq mümkün olar.