ÖZÜNÜ ASAN GƏNC SON ANDA XİLAS EDİLDİ

Masallıda intihara cəhd faktı qeydə alınıb. Məlumata görə, hadisə rayonun Kalinovka kəndində baş verib. Kənd sakini, 24 yaşlı Əlyar Şakir oğlu Fərəcov özünü yaşadığı evdə asıb. Yaxınları tərəfindən asılmış vəziyyətdə aşkarlanan Ə.Fərəcov dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Əlyar Fərəcovun canına qəsd etməsinin səbəbləri barədə hər hansı bir məlumat verilmir.Faktla bağlı rayonun hüquq mühafizə orqanlarında araşdırma aparılır.

Müəllif. Rövşən