ÖLÜM KEÇİDİ

 Yeni dərs ilinin başlamısı ilə paytaxda olduğu  kimi rayonlarda da məktəblərin qarşısında qələbəlik yaranmağa başalyıb. Cəlilabad rayonunun Heydır  Əliyev Prospekti  boyu onsuz da hər gün müşhidə olunan avtomobil tıxacının üzərinə məktəbə gedən .agirdlərin da əlavə olunması yoldakı vəziyyəti daha da ciddiləşdirir. Rayonun mərkəz hissəsində yerləşən  1 və 8 nömrəli məktəblərin qarşısında şagirdlərin nizamsız olaraq avtomobil yollllarına çıxması nədənsə  ərazisdə növbə çəkən yol patrul xidmətinin əməkdaşlarını heç də narahat eləmir.
.Rayonun mərkəzi  porspektininin giriş və çıxış hissəsində tıxacların qarşısın almaq məqsədi ilə  "yük avtomobillərinin girişi qadağandır" nişanı qoyulsa da apardığımız müşahislər zamanı iriqabaritli avtomobillərin yol polislərinin gözü qarşısında  maneəsiz olraq yoldan sərbəst keçdiyinin şahidi olduq.

Bundan başqa  yol boyu hərkət edən mikroavtobulsların   hər addımbaşı   dayanaraq sərnişin toplaması da yoldakı nəqliyyat vastələrinin  hərktini ifilc edir.Bu kimi faktlar təbbi ki, sürücülərin əsəblərini tarıma çəkməklə , piyadaların da həyatını təhlükəyə atır.
Yol boyu İşqforun işləməməsi də günün müxtəlif vaxtlarında Rayonun mərkəzi hissəsində avtomobillərin  nizamsız hərəkətini fomalaşdırır.Bu da ki  bəzən yol qəzalarına səbəb olur. Mövcud faktlarla bağlı Cəlilabad rayon polis şöbəsində olsaq da  burada sularımıza açıqlama ala bilmədik. Qeyd edək ki, DİN yeni tədris ilinin başlaması ilə bağlı  " Diqqət uşaqlar!" adı altında hərəkətin təhlükəziliyi  ayına start verib.Tədbirin keçirlməsində məqsəd  uşaqların təhlükəsizliyin təmin olunmasıdır.Görünənsə odur ki, Cəlilabad rayonunda yol  polisi şagirdələrin təhlükəsizliyini heç də ciddiyə almır

MÜƏLLİF  ZAHİD AYDINOĞLU