Cəlilabad rayonunda tapılan qədim dövrə aid maddi mədəniyyət
nümünələri mətbuatdan gizli saxlanıldı.Bu barədə SOSTV -yə yerli sakinlər məlumat
verib. Bir neçə həftə bundan əvvəl rayonun
Abışabad kəndində vətəndaşa məxsus həyatyani sahədə təsadüf nəticəsində saxsı parçaları çıxmağa
başlayıb.Bu barədə kəndlilər və tarix müəllimləri Pytaxtdakı əlaqədar
qurumlara məlumat veriblər.Arxeloqlar tərəfindən başlanan qazıntı işləri zamanı
ərazidə E.Ə 3 cü əsrə aid olduğu ehtimal olunan 2 küp qəbir aşkar olunub.Qəbirlərdə
insan sümükləri ilə yanaşı tuncdan hazırlanmış 1 ədəd maral başı , 1 ədəd xəncər
və ən nəhayət qiymətli daşlardan hazırlanmış qırmızı rəngli qadın boyunbağısı
aşkar olunub.Maraqlıdır ki, yerli sakinlər Arxeoloji ekspedisiyanın rəhbərinə tapıntılarla bağlı KİV-lərə məlumat verilməsini tələb etsələr də tədqiqatçılar buna ehtiyac
olmadığını bildiriblər. Bu isə kənd sakinlərində maddi mədəniyyət nümünələrin təqiqatdan kənar
qalacağına şübhələr yaradır.Görəsən,
tapıntıları ictimaətdən gizlədən arxeloqların məqsədi nədir?
Mövzu Diqqətdə saxlanılacaq.