Təhsil islahatları: nəzəriyyələr,reallıqlar
Azərbaycan təhsil sistemində aparılan islahatlar yeni dünyagörüşun formalaşmasını,müəllim-şagird,müəllim-valideyn münasibətlərini ,texnologiyanın rolunu müəyyənləşdirir.Bunlar təhsil haqqında qəbul edilmiş sənəd və proqramlarda öz əksini tapib.Ancaq orta məktətəblərdə bunlar öz əksin tapa bilmir.
Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı(2005-2007) məktəblərdə necə tətbiq olundu?Mənim müəllim işlədiyim məktəbdə kompüterler gətirilib quraşdırıldı.Lakin direktor kompüter otağını bağladı,açarını verdiyi müəllimə də tapşırdı ki,müəllimləri otağa buraxmasın,həmin otaq bağlı olaraq qaldı.Mən əminəm ki,kənd məktəblərinin əksəriyyətində belədir.İnformatika dərsləri ixtisas müəllimi tərəfindən deyil,qeri-ixtisas müəllimi tərəfindən tədris olunur,ixtisaslı kadrla müqavilə bağlanması isə direktorun marağına xidmət etmir.Nəticədə dövlətin nəzərdə tutduğu proqram reallaşmadı.İnternetin məktəblərə tətbiqinə dövlət vəsait ayırdı.Mənim işlədiyim məktəbdə internetlə əlaqədar otaqlara xətlər çəkildi,madem quruldu,ancaq müəllimlər bundan da istifadə edə bilmirlər.Çünki məktəb direktorı kompüterdən və internetdən istifadəni bacarmır,bacaran müəllimlərə də qısqanclıq edərək şərait yaratmır.Bir də 62 yaşı olan və 40 il işləyən direktoru yenilik maraqlandırmaz.
Təhsil sektorunun inkişafı(2003-2013) proqramına əsasən müəllimlər kurikulum kurslarına cəlb olunaraq fəal təlimlə,forma və metodlarla tanış oldular.Lakin öyrəndiklərini məktəbdə tətbiq edə bilməyirlər,çünki məktəbin maddi-texniki bazası yoxdur.Bele ki məktəbdə müəllimin kabinetində kompüter və proyektor ya yoxdur,ya da var,ancaq direktor tərəfindən şərait yaradılmır.
Müəllim –sagird münasibətləri də dəyişmədi,çünki müəllim yenilikləri sagirdlərə çatdıra bilmir.Mən əminəm ki.respublikanın əksər məktəblərində bizim məktəbdə olduğu kimi köhnə usul və metodlarla dərs keçilir.Müəllim-valideyn münasibətlərində də nəzərdə tutulan münasibətlər reallaşmadı.
Hər şəyin köhnə formada qaldığı halda,müəllimlərdən yeni keyfiyyət tələb etmək nə qədər məqsədə uyğundur?Müəllim üçün yaradılan şərait-istərsə maddi vəziyyəti,istərsə də dərs keçmək üçün şərait müasir dövrə üyğündurmu?
Mən dövlətin qəbul etdiyi proqramların məktəblərdə reallaşması üçün aşağıdakı təklifləri irəli sürürəm:
1.Müəllimlərin maddi vəziyyətini yaxşılaşdırmaq.
2.İKT-dan istifadəni bacarmayan məktəb direktorlarını işdən azad etmək.
3.Məktəblərdə yenilyə can atan,İKT-dan istifadəni bacaran direktorlar təyin etmək.
3.Məktəbin madd-texniki bazasını gücləndirmək.
Cəliabad rayonu Bayxanlı kənd tam orta
məktəbinin müəllimi İsmayılov Zəfər