CƏBHƏDƏ ŞƏHİD OLAN ZABİTİMİZ DƏFN OLUNDU

Erməni silahlı bölmələrinin mövqelərimizi atəşə tutması nəticəsində silahlı qüvvələrimizin şəhid olan leytenantı Baxışlı Allahverdi Əbülfəz oğlu anadan olduğu Hacıqabul rayonunda  Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Azərbaycan Müdafiə Nazirliyinin yüksək çinli zabitləri, zabitin qulluq etdiyi hərbi hissənin komandir və əsgər heyəti, Hacıqabul və Xocəvənd rayonlarının icra başçıları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin dəfn mərasimində fəxri qarovulun müşayəti ilə və yaylım atəşləri açılıb.
 Qeyd edək ki, Şəhid Zabit Allahverdi Baxışlı 1991-ci ildə Hacıqabul rayonunda doğulub. Onun atası Əbülfəz Baxışov isə 1994-cü ildə Ağdamda gedən döyüşlər zamanı şəhid olub. Hacıqabul rayonunda evinin yerləşdiyi küçə hazırda Ə. Baxışovun adını daşıyır.Allah rəhmət eləsin!