BƏLƏDİYYƏ SƏDRİ BARƏSİNDƏ CİNAYƏT İŞİ BAŞLANDI

SOS XƏBƏR!
Cəlilabad bələdiyyə sədri barəsində cinayət işi başlayıb

Baş prakurorluqdan salamnews- a verilən məlumata görə Cəlilabad bələdiyyəsinin sədrinin qanunsuz hərəkətləri barədə rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı bələdiyyənin sədri Kamal Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Cəlilabad şəhərində rayon sakininə məxsus torpaq sahəsinə bitişik və faktiki olaraq istifadəsində olan 0,04 hektar ölçüdə torpaq sahəsinin sonuncuya satılması üçün 20.000 manat pul tələb etməsində və faktiki olaraq 5.000 manat məbləğində pulu rüşvət kimi almasında şübhələr üçün əsaslar olduğundan K.Məmmədov barədə Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlayıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.