AZƏRBAYCANLI DÜYNAYADA YENİCƏ YARANMAQDA OLAN 3D PRİNTER HAZIRLAYIB.

  Yaradıcı təxəyyüllü gənclərimizin mövcudluğu bu yolda əsas qarantımızdır. SOSTV infom.az-a istinadən xəbər verir ki, Belə gənclərdən biri isə Salyan rayon sakini Təbriz Bağırovdur. Qeyd edək ki, Təbriz Bağırov hazırda  kompyutor proqramları   üzrə yenilikçi fəaliyyətlətlə    məşğul olur və İnfom.az saytının əməkdaşıdır.

Dar imkanlar çərçivəsində öz təxəyyülünü reallığa çevirən Təbriz yeni bir cihaz icad edib.

Adına şərti olaraq “printer nəqqaş” dediyimiz cihazın komputer yaddaşına istənilən şəkli yükləməklə müxtəlif materiallar üzərində onun qabarıq formasını yonmaq mümkündür.

Kibrit qutusu ölçüsündən tutmuş 4 kv. metr böyüklüyünə qədər müxtəlif materiallar üzərinə istənilən şəkilləri həkk etmək qabiliyyətinə malik olan “printer nəqqaş”ı daha da təkmilləşdirmək olar.